Vüsal Qasımlı: Azərbaycanın yüksələn kredit reytinqləri İlham Əliyevin siyasətinə investorların etimadını daha da artırır

Vüsal Qasımlı: Azərbaycanın yüksələn kredit reytinqləri İlham Əliyevin siyasətinə investorların etimadını daha da artırır

Bakı. Trend:

Azərbaycanın yüksələn kredit reytinqləri İlham Əliyevin siyasətinə investorların etimadını daha da artırır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) Trend-ə verilən məlumata görə, bunu mərkəzin icraçı direktoru Vüsal Qasımlı “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın kredit reytinqinin yüksəldilməsinin əhəmiyyətini şərh edərkən deyib.

V.Qasımlı bildirib ki, kredit reytinqinin yüksəldilməsi Dünya Bankı, Davos İqtisadi Forumu və ABŞ-ın İrs Fondunun son hesabatlarında Azərbaycanın mövqeyinin yaxşılaşması ilə səsləşir: “Artıq dünyanın reytinq tərtib edən bütün mötəbər qurumları Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatların real nəticələrini qəbul edir və Azərbaycanı MDB-də ən islahatçı ölkə kimi təsbit edirlər.”

V.Qasımlı qeyd edib ki, son iki ildə iki kredit reytinq agentliyi “Standard & Poor’s” və “Fitch” Azərbaycanın kredit reytinqini yüksəldib: “Deməli, dünyada Azərbaycan iqtisadiyyatına inam sürətlə güclənir. Kredit reytinqinin yüksəlməsinin aşağıdakı istiqamətdə faydaları olacaq: Birincisi, Azərbaycan dövlətinin xarici borclanması üçün daha əlverişli şərtlər formalaşır. “Standard & Poor's” Azərbaycana BB+ stabil kredit reytinqi verib, “Moody's”un Azərbaycana verdiyi kredit reytinqi “Ba2” stabildir və “Fitch” Azərbaycanın kredit reytinqini “BB+” stabilə yüksəldib. Kredit reytinqi suveren fondlar, pensiya fondları və digər investorlar tərəfindən Azərbaycanın tədiyyə qabiliyyətini ölçmək üçün yaxşı imkandır. Başqa sözlə desək, kredit reytinqi ölkənin borclanma xərcini müəyyənləşdirən başlıca amillərdəndir. Kredit reytinqi artdıqca ölkənin xarici borclanması zamanı şərtlər də (məsələn, borcun faizi aşağı düşür və s.) yumşalır. İkincisi, yüksək kredit reytinqi tədiyyə balansına, xüsusilə kapitalın hərəkəti balansına müsbət təsir edir, çünki ölkəyə vəsait axını stimullaşır və əksinə ölkədən vəsaitin çıxarılması tormozlanır. Üçüncüsü, Azərbaycan dövləti və şirkətlərimiz beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarını genişləndirirlər. Dördüncüsü, manatın sabitliyinin qorunması üçün daha yüksək kredit reytinqi əlverişli şərait yaradır. Təsadüfi deyil ki, “Fitch”in proqnozuna görə, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi növbəti iki il ərzində 1,7 manat səviyyəsində qalacaq. Beşincisi, kredit reytinqi yüksəldikcə qiymətli kağızlar bazarı da inkişaf edir. Altıncısı, kredit reytinqi Azərbaycandakı özəlləşdirmədə xarici investorların iştirakını sürətləndirəcək.”

Onun sözlərinə görə “Fitch” beynəlxalq reytinq agentliyinin Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozunu yüksəltməsi bir daha 2018-ci ilin Azərbaycanda iqtisadi inkişaf ili olacağı barədə Prezident İlham Əliyevin fikrini təsdiqləyir.

Hər üç nüfuzlü agentliyin Azərbaycanın kredit reytinqini demək olar ki, eyni səviyyədə təsdiq etməsini şərh edərkən V.Qasımlı aşağıdakıları bildirib:

1. Hər üç agentliyin verdiyi reytinq neqativdən stabilə dəyişdirilib. Neqativ perspektivdə reytinqin azalma ehtimalının olduğunu bildirdiyi halda, stabil reytinq bu ehtimalı azaldır və reytinqin artma ehtimalının da olduğunu göstərir. Beləliklə, hər üç agentlik Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı daha nikbin kredit reytinqi müəyyənləşdiriblər.

2. Adətən bu kredit reytinq agentliklərindən birinin verdiyi reytinq digərləri tərfindən də təsdiq olunanda investor rəyinə daha da əhəmiyyətli təsir göstərir. Bu baxımdan Azərbaycanın kredit reytinqi hər üç agentlik tərəfindın eyni dərəcədə qiymətləndirildiyinidən investorlarda inamı gücləndirir.

3. Azərbaycan Qazaxıstan və Rusiya ilə birlikdə MDB məkanında kredit reytinqi ən yüksək olan ölkədir. Azərbaycanın kredit reytinqləri hətta Türkiyə ilə müqayisədə daha yaxşı vəziyyətdədir. Nəzərə asaq ki, Qazaxıstan və Rusiya daha aşağı kredit reytinqi olan ölkələrlə birlikdə eyni iqtisadi zonanın üzvləridir, Azərbaycan faktiki olaraq yerləşdiyi bölgədə ən cəlbedici kredit reytinqinə malik ölkədir. Bu isə investorların diqqətindən yayına bilməz.

4. Azərbaycan növbəti dəfə kredit reytinqini investisiya dərəcəsinə yüksəltmək imkanına malikdir.

İİTKM-in icraçı direktoru əlavə edib ki, məşhur “Trading Economics” saytı hər üç agentliyin verdiyi kredit reytinqlərini, həmçinin iqtisadi göstəricilər və maliyyə bazarlarını nəzərə almaqla 100 ballıq şkala ilə ölkələrin kredit reytinqlərini tərtib edib. Azərbaycan bu reytinqdə MDB-də Qazaxıstanla eyni kateqoriyada liderlik edir, BRİCS ölkələrindən isə Rusiya, Braziliya, Hindistan və Cənubi Afrikanı geridə qoyur: “Trading Economics-in hazırladığı cədvəldə Azərbaycanın daxil olduğu aşağı orta kredit reytinqi qrupuna ölkəmizlə yanaşı İtaliya, Polşa, İslandiya, Litva və Malayziya kimi dövlətlər daxildir. ”

Onun sözlərinə görə artıq maliyyə-bank sektorunda da ilkin müsbət trendlər hiss olunur: “Manatın sabitliyi, inflyasiyanın getdikcə səngiməsi, dollarlaşmanın azalması, bankların mənfəətinin artması, kapital inyeksiyaları və s. maliyyə-bank sektorunda aparılan islahatların nəticə verdiyini göstərir ki, bu da kredit reytinqimizə müsbət təsir göstərir.”

İİTKM-in icraçı direktoru qeyd edib ki, Prezident İlham Əliyevin liderliyilə iqtisadiyyatda yeni artım nöqtələrinin (qeyri-neft sənayesi, aqrar və xidmət sahələrində) tapılması, infrastruktur quruculuğunun davam etdirilməsi, transkontinental nəqliyyat - logistika və enerji layihələrində ölkənin liderliyinin qorunması, sabitlik və iqtisadi islahatların dönməz xarakteri milli iqtisadiyyatın dayanıqlı inkişafında yeni səhifə açıb. “Prezident İlham Əliyevin arxitektoru olduğu yeni iqtisadi model dünya üçün bir nümunədir.”

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb və proqnoz “neqativ”dən “stabil”ə yüksəldilərək “BB+” səviyyəsində təsdiq olunub.

TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 4,94 milyonu ötüb
Qüds yaxınlığındakı sinaqoqda tribunanın çökməsi nəticəsində yaralıların sayı artıb
Kanadada atışma nəticəsində ən azı beş nəfər yaralanıb
Qüds yaxınlığında sinaqoqda tribunanın çökməsi nəticəsində 160-dan çox insan xəstəxanaya yerləşdirilib
Samuxda "Təmiz hava" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Dünyada ötən sutka koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bu gündən məktəblər açılır
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Qüdsün yaxınlığında sinaqoq tribunası çöküb, ölənlər var
Azərbaycan xarici ticarətdə müsbət saldoya nail olub
İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Kürdəmir rayonunda "VAZ" yanıb
Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır - Deputat
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadına fiziki zorakılıq edən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib (FOTO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Türkiyədə ticarət mərkəzləri açılır
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib
Mayın 17-də manatın dollara qarşı məzənnəsi
Raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir (VİDEO)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Bütün xəbərlər