...

"Mitsubishi" 40 minə yaxın avtomobili geri çağırıb - Mühərrikdə problem

İqtisadiyyat Materials 3 Aprel 2018 15:23 (UTC +04:00)

Bakı. Trend:

"Mitsubishi" şirkəti Rusiyada 40 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik blokunun relesində, eləcə də ventilyatorun relesində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin fevralından 2017-ci ilin fevralınadək satılmış "ASX” və “Outlander" modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti