...

“DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti uzadılıb

İqtisadiyyat Materials 7 Mart 2018 16:03 (UTC +04:00)
ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.
“DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti uzadılıb

Bakı. Trend:

Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.

Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:

Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı.

Əlavə məlumatlar ücün əlaqə nömrələri:

( 99412) 444-71-71

( 99412) 447-77-44

( 99412) 596-65-91

Qaynar xətt – 941.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti