...

Azərbaycanda Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası yaradılıb (YENİLƏNİB) (FOTO)

İqtisadiyyat Materials 17 Aprel 2018 10:06 (UTC +04:00)
Azərbaycanda Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası yaradılıb.
Azərbaycanda Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası yaradılıb (YENİLƏNİB) (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası yaradılıb.

Trend-in məlumatına görə, assosiasiyanın yaradılması haqqında sənəd Bakıda 6 ölkənin - Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Tacikistanın kredit büroları və təşkilatları tərəfindən imzalanıb.

Gələcəkdə assosiasiyaya Belarus və Moldova kredit bürolarının da qoşulacağı gözlənilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib ki, regional assosiasiyanın yaradılması Azərbaycanı regionun maliyyə mərkəzinə çevrilməsi istiqamətində növbəti addımdır.

İ.Alışov qeyd edib ki, Azərbaycan hər zaman neft sektoru ilə tanınıb, lakin dövlət başçısı İlham Əliyevin rəhbərliyi ölkədə qeyri-neft sektoru da fəal şəkildə inkişaf etməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti