...

Səfir: Pakistandan Azərbaycana turist axını artır

İqtisadiyyat Materials 14 May 2018 01:22 (UTC +04:00)
2018-ci ilin birinci rübü ərzində Pakistandan Azərbaycana 7 minə yaxın turist gəlib.
Səfir: Pakistandan Azərbaycana turist axını artır

Bakı. Əli Qasımov - Trend:

2018-ci ilin birinci rübü ərzində Pakistandan Azərbaycana 7 minə yaxın turist gəlib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bildirib.

Səfir qeyd edib ki, Azərbaycanda yaxşı turizm infrastrukturu yaradılıb: "Azərbaycan Prezidentinin tapşırığı ilə Pakistan vətəndaşları üçün viza prosedurları sadələşdirilib və idi onlar vizanı internet vasitəsilə ala bilərlər. 2017-ci ildə Pakistandan Azərbaycana 18 min turist gəlib və onların sayı ildən-ilə artır. Təkcə 2018-ci ilin birinci rübündə Azərbaycana 7 minə yaxın pakistanlı gəlib".

Çin-Pakistan İqtisadi Dəhlizinin əhəmiyyətini vurğulayan səfir bildirib ki, bu böyük layihə Pakistanda infrastrukturu yaxşılaşdırmaqdan və ticarət fəaliyyətini genişləndirməkdən əlavə regionda əlaqələrin qurulması üçün mənbə olacaq.

Ə.Əlizadə əlavə edib ki, layihə Pakistanın təhsil alan gəncləri, ixtisaslı və ixtisassız işçilər üçün işlə təmin edilmədə geniş imkanlar açacaq: "Azərbaycan Çinin "Bir kəmər - bir yol" təşəbbüsünü dəstəkləyir. 2015-ci ildə Azərbaycan və Çin arasında İpək Yolunun birgə irəlilədilməsi haqqında anlaşma memorandumu imzalanıb".

Səfir qeyd edib ki, Azərbaycan müxtəlif regional nəqliyyat dəhlizləri və müasir infrastrukturlar vasitəsilə Avropa və Asiya arasında bir neçə körpü yaradıb: "Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Laöpis-Lazuli, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi böyük beynəlxalq nəqliyyat layihələri Azərbaycan tərəfindən və ya Azərbaycanın iştirakı ilə həyata keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti