...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 4 İyun 2018 11:13 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Trend həmin məlumatı təqdim edir:

EUR

Dünya valyuta birjalarında avroda müşahidə edilən 2%-lik bahalaşma, həftənin ikinci yarısında zəifləyərək 1.1616-1.1723$ aralığında ticarət edilib. Qiymət 1.1750$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1830$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Qeyd etmək lazımdır ki, ABŞ-ın Avropa məhsullarına tətbiq etdiyi yeni idxal siyasəti və Avrozonada inflyasiyanın artması fonunda sənaye və digər sahələrdə də aktivliyin artması lazımdır. Bu baxımından bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq Avrozonanın xidmət sektoru ilə bağlı biznes aktivliyi indeksi diqqət mərkəzində saxlanılmalıdır.

GBP

GBP/USD məzənnəsinin də bahalaşdığı müşahidə edilir. Təhlillərə əsasən, hal-hazırda 1.3370$-a ticarət edilən GBP/USD məzənnəsi 1.3400$-a kimi də bahalaşa bilər. Məhz bundan sonra qiymət güclü müqavimətlə rastlaşacaqdır. Müqavimətin qırılması təqdirdə isə məzənnədə artımın 1.3480$-a kimi də sürətlənə biləcəyi ehtimal edilir.

TRY

Türkiyə bazarlarında isə dollar 4.4471TL-ə kimi ucuzlaşdıqdan sonra 4.6573TL-ə kimi bahalaşıb və 4.7438 və 4.8033TL-ə kimi də bahalaşa bilər.

Cümə axşamı saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı da investorların diqqət mərkəzindədir.

OIL

Enerji bazarlarında isə 76.50$-a ticarət edilən Brent neftinin qiymətində ucuzlaşma 76.16$-ın aşağı istiqamətdə qırılması ilə 75.44 və 73.14$-a kimi də davam edə bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1290$-ın (41.4 $/qram) üzərində dalğalanmaqdadır və sözügedən səviyyənin üzərində qaldıqca, 1299$ (41.7 $/qram) və 1305$-a (41.9 $/qram) kimi də dəyər qazanacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti