...

Səfər Mehdiyev Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktoru ilə görüşüb

İqtisadiyyat Materials 30 İyun 2018 18:40 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sessiyası çərçivəsində Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktoru Atsuşi Lizuka ilə görüşüb.
Səfər Mehdiyev Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktoru ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sessiyası çərçivəsində Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktoru Atsuşi Lizuka ilə görüşüb.

Trend-ə DGK-in mətbuat xidmətindən verilən məlumata əsasən, Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktoru ilə görüşdə Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində əlaqələrdən məmnunluq ifadə olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, gömrük sisteminin inkişafı üçün təcrübə mübadiləsinin zəruriliyinə toxunub. Bakı şəhərində ÜGT-nin Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Regional Kinoloji Mərkəzinin fəaliyyət göstərdiyi, Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin regional ofisinin də Bakıda yerləşdiyi və bu təlim-tədris müəssisələrində təşkil olunan seminar, treninq və s. belə tədbirlərin gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.Səfər MehdiyevAzərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verildiyini bildirib, Azərbaycan gömrüyünün gənc kadrlarının öz təhsillərini müasir tələblər baxımından təkmilləşdirmək üçün xarici ölkələrin nüfuzlu ali məktəblərində, eləcə də Yaponiyada elmi və təcrübi biliklərini artırdıqlarını diqqətə çatdırıb.

Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktoruAtsuşi Lizuka iki ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. ikitərəfli əlaqələrin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti