...

Avtomobil həvəskarları üçün xüsusi xəbər... (FOTO/VİDEO)

İqtisadiyyat Materials 10 İyul 2018 18:07 (UTC +04:00)
“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.
Avtomobil həvəskarları üçün xüsusi xəbər... (FOTO/VİDEO)

Bakı. Trend:

“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.

Yaxın günlərdə “Fairmont Baku” otelində, Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi olan Performance Center şirkəti, ictimaiyyətə yenilənmiş 3 avtomobil modelini təqdim edib: Chevrolet Aveo, Chevrolet Trax və əsas flaqman sayılan Chevrolet Malibu.

Avtomobil bazarında xüsusi paya sahib olan və 20 ildən çoxdur ki, fəaliyyət göstərən Performance Center şikrətinin nümayiş etdirdiyi yeni modellər, avtomobil həvəskarları tərəfindən xüsusi maraqla qarşılanıb. Müasir və dinamik xarici görünüşə, rahat interyerə və ən son texnoloji yeniliklərə sahib avtomobillərin alıcıları hər baxımdan qane edəcəyi heç kəsdə şübhə doğurmur.

Xüsusi ilə estetik təcəssüm sloqanı ilə təqdim edilən yenilənmiş Malibu modeli öz tərzinə uyğun avtomobil axtaranlar üçün ideal seçim kimi görünür.

Müstəsna idarəetmə həzzini özündə birləşdirən, yenilənmiş Chevrolet Malibu minimum risklə idarəetməni və müasir texnologiyanı, əzəmətli xarici görünüşlə birləşdirərək sözün həqiqi mənasında ESTETİK TƏCƏSSÜM nümunəsi yarada bilib...

Qeyd edək ki, sözügedən avtmobilləri Performance Center şirkətinin satış ofislərinə yaxınlaşaraq sərfəli satış şərtləri ilə: ilkin ödəniş 20% olmaqla 60 ay müddətinə manatla kreditlə əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti