...

"Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşkil edib (FOTO)

İqtisadiyyat Materials 23 İyul 2018 17:53 (UTC +04:00)
"Bank Respublika" ölkənin aparıcı media nümayəndələri üçün Qusar rayonunda 2 günlük fərqli və faydalı press tur təşkil edib.
"Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşkil edib (FOTO)

Bakı. Trend:

143 il öncə iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulub. Bu əlamətdar tarixlə bağlı olaraq "Bank Respublika" ölkənin aparıcı media nümayəndələri üçün Qusar rayonunda 2 günlük fərqli və faydalı press tur təşkil edib.

Press tur Milli mətbuatımızın banisi, görkəmli ədib və mütəfəkkir Həsən bəy Zərdabinin məzarı ziyarət edilməklə başlayıb. Daha sonra press tur iştirakçıları Qusar şəhərinə səyahət edərək orada yerləşən otellərin birində peşəkar biznes və həyat kouçu Könül Babayeva tərəfindən maraqlı və faydalı təlim keçiblər. Təlimçi jurnalistlərə həyat və biznes məqsədlərinə necə çatması üzrə önəmli məsləhətlər verib. İnteraktiv keçən təlimdə media nümayəndələri də öz təcrübə və fikirlərini bölüşüblər.

Təlimdən sonra iştirakçılar üçün Qusar rayonunda yerləşən və Bank Respublikanın uzun müddətdir dəstək verdiyi biznes təsərrüfatlarından birinin meyvə bağlarına ekskursiya təşkil olunub. Qeyd edək ki, 210 hektardan artıq bir ərazidə yerləşən təsərrüfatda müxtəlif növ meyvə növləri yetişdirilir və xarici ölkələrə ixrac edilir. Ekskursiya zamanı media nümayəndələrinə müxtəlif növ meyvələrin yetişdirilməsi, yığılması, qablaşdırılması prosesi haqqında məlumat verilib. İştirakçılar meyvələrin saxlandığı xüsusi soyuducularla, meyvələri təmizləyən və qablaşdıran avadanlıqlarla tanış olublar.

Növbəti gün Bank iştirakçılar üçün Qafqaz sıra dağlarının şimal-şərqində yerləşən Laza kəndinə səfər təşkil edərək onlara səfalı yerlərlə tanışlıq imkanı yaradıb.

İki gün davam edən press tur Qubada 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksinin ziyarət etməklə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti