...

Kənd Təsərrüfatı Nazirliyi: Azərbaycanda aqrar islahatların yeni mərhələsi başlayıb

İqtisadiyyat Materials 1 Avqust 2018 13:57 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Prezidentinin Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər imzaladığı fərmana münasibət açıqlayıb.
Kənd Təsərrüfatı Nazirliyi: Azərbaycanda aqrar islahatların yeni mərhələsi başlayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Prezidentinin Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər imzaladığı fərmana münasibət açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun Trend-ə verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti fərmanı ilə aqrar islahatların yeni mərhələsinin başladığını söyləmək olar: "Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.

DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar".

A.Hüseynov deyib ki, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq: "Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri fermerlərin problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti