...

Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

İqtisadiyyat Materials 16 Avqust 2018 15:19 (UTC +04:00)
2018-ci ilin birinci yarısında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 191,6 milyon manatlıq məhsul istehsal edilib.
Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin birinci yarısında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 191,6 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 31,3 dəfə artıb, maşın və avadanlıqların istehsalı 15,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 880 ədəd traktor, 269 ədəd minik avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti