...

Astanada ictimai nəqliyyatda yeni ödəniş sistemi tətbiq olunur

İqtisadiyyat Materials 22 Avqust 2018 16:56 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada ictimai nəqliyyatda yeni ödəniş sistemi tətbiq olunur.
Astanada ictimai nəqliyyatda yeni ödəniş sistemi tətbiq olunur

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qazaxıstanın paytaxtı Astanada ictimai nəqliyyatda yeni ödəniş sistemi tətbiq olunur.

Trend-in məlumatına görə, sərnişinlər artıq ödənişi həm kobrendinq bank kartlarından, həm də telefondan SMS göndərməklə edə biləcəklər.

Məlumatda bildirilir ki, yaxın günlərdə kobrendinq kartların istifadəsinə start veriləcək. Sərnişinlər üçün əlverişli olacaq kartda iki çip yerləşdiriləcək ki, bu da iki deyil, bir kartdan isitfadəyə imkan verəcək. Kobrendinq kartları əldə edən şəxslərin nəqliyyat kartına ehtiyacı qalmayacaq. Onlar ikilikartı nəzərdə tutulan banklardan əldə edə biləcəklər.

Pilot layihə ölkənin Avrasiya Bankı ilə birgə həyata keçiriləcək. Gələcəkdə isə kartların digər banklarda da buraxılması nəzərdə tutulub. Bundan əlavə, Qazaxıstanda tezliklə ictimai nəqliyyatdan istifadə edən şəxslər kartın balansını telefondan SMS göndərməklə artıra biləcəklər.

Beeline və Kcell/Active müştəriləri nəqliyyat kartının nömrəsini qısa SMS-lə göndərərək balansı artıra biləcəklər. Nəzərdə tutulan vəsait nömrənin balansından çıxarılacaq və kartın balansına yüklənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti