Bakı. Trend:
2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz çoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, ötən illin göstəricilərindən 1,3 faiz çox - 145.9 mln. manat məbləğində isə sığorta ödənişi həyata keçirilib.
Könüllü sığorta bazarı üzrə haqlar 334.5 mln. manat, ödənişlər isə 107.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 125.4 mln. manat, ödənişlər isə 38.4 mln. manat olub.
2018-ci ilin yanvar-iyul ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının göstəriciləri