...

2020-ci ilədək “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentində müştərilərin sayını iki dəfə artırmaq niyyətindədir

İqtisadiyyat Materials 17 Sentyabr 2018 09:32 (UTC +04:00)
2020-ci ilin sonunadək “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentində müştərilərin sayını 6 minə çatdırmaq niyyətindədir
2020-ci ilədək “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentində müştərilərin sayını iki dəfə artırmaq niyyətindədir

Bakı. Azad Həsənli - Trend:

2020-ci ilin sonunadək “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentində müştərilərin sayını 6 minə çatdırmaq niyyətindədir.

Bunu Trend-ə müsahibəsində "PAŞA Bank"ın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovko deyib.

O qeyd edib ki, hazırda “PAŞA Bank”ın kiçik və orta biznes üzrə müştəri bazası 3 minə, aylıq artım isə 100 nəfərə yaxındır:

“Eyni zamanda bizim hədəf strateji bazarımız 20 min kiçik və orta biznes müştərisidir”.

Kiçik və orta biznesin payının artması üçün bank müştərilərə yeni xidmət – hesablama-kassa xidmətləri üzrə tarif paketləri təqdim edib. Ümumilikdə 5 paket – “Klassik”, “Elektron”, “Biznes”, “Aktiv” və “Premium” paketləri fəaliyyət göstərəcək.

A.Qolovko qeyd edib ki, tarif paketləri sahibkarlara gündəlik bank xidmətlərini optimallaşdırmağa imkan verəcək:

“Standard hesablama-kassa xidmətləri prosesi çoxlu sayda müxtəlif əməliyyatları nəzərdə tutur. Sahibkar üçün xidmətlərin vahid paket qismində alınması bankla daha uyğun iş variantının seçilməsi baxımından daha rahat olacaq və həmin bank xidmətlərindən ayrı-ayrılıqda istifadə etməkdən 30 faiz daha ucuz başa gələcək”.

Onun sözlərinə görə, paketlər biznesin müəyyən kateqoriyasının ehtiyacları nəzərə alınmaqla hazırlanıb. Paketlərin formalaşdırılması bankın müştərilərinin fəaliyyətinin təhlili əsasında, həmçinin beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilib:

“Bu cür yanaşmanın müsbət tərəfləri aşkardır – bu, müştəri üçün gündəlik bankçılıq seçimlərini sadələşdirir və çoxlu sayda xidmət və tarifləri müqayisə etmək lazım gəlmir. Müştəri üçün lazım olan sayda və onun biznesi üçün vacib funksiyaları özündə cəmləşdirən dəqiq qruplaşdırılmış paketlər mövcuddur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti