...

Azərbaycanın ÜDM-i 0,7 faiz artıb

İqtisadiyyat Materials 18 Sentyabr 2018 16:59 (UTC +04:00)
Azərbaycanın ümumi daxili məhsulu 0,7 faiz artaraq 50521,9 milyon manata çatıb.
Azərbaycanın ÜDM-i 0,7 faiz artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi daxili məhsulu 0,7 faiz artaraq 50521,9 milyon manata çatıb.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz, neft sektorunda isə 0,4 faiz artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində əlavə dəyər istehsalı 8,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,8 faiz, informasiya və rabitə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,6 faiz, digər xidmət sahələrində 0,4 faiz artmış, tikintidə isə 17,3 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5153,1 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti