Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifələr dayanır.
Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işində dayanıqlı ərzaq və kənd təsərrüfatının rolu" mövzusunda milli seminarda deyib.
O qeyd edib ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı yol xəritəsi hazırlanıb. Nazirin sözlərinə görə, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi istiqamətində müvafiq işlər aparılır.
Nazir qeyd edib ki, Azərbaycan kənd təsərrüfatının inkişafına, əhalinin ərzaqla təmin olunmasına xüsusi önəm verir: "Azərbaycan BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı ilə səmərəli əməkdaşlıq edir və bir sıra birgə layihələr həyata keçirir".