Bakı. Trend:
Yaxın 10 ildə Avropaya qaz idxalının artım potensialı 100 milyard kubmetr həcmində qiymətləndirir.
Trend-in məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak RF energetika həftəsində deyib.
A.Novak həmçinin bildirib ki, Rusiya bu il OPEK+ qərarı çərçivəsində neft hasilatını artırmaq imkanına malikdir: "Bu il 555 milyon ton həcmində hasilat gözlənilir".
Nazir Avropanın qaza olan marağını nəzərə alaraq, Rusiyadan qaz tədarükünün məhdudlaşdırılması ehtimalına inanmadığını qeyd edib.