...

Tikinti materialları bahalaşdı

İqtisadiyyat Materials 30 Oktyabr 2018 16:19 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Bu yay İranda tikinti materiallarının qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 50 faizə qədər bahalaşıb.

Trend-in məlumatına görə, İranın Statistika Mərkəzi bildirib ki, bu il yayda Tehran şəhərində tikinti materiallarının qiyməti yaz mövsümü ilə müqayisədə 25,7 faiz, ötən ilin yayı ilə müqayisədə isə 49,1 faiz artıb.

Qeyd edək ki, son aylar İranda güclü devalvasiya bütün sahələrdə, habelə tikinti sektorunda qiymətlərin kəskin şəkildə bahalaşmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti