...

9 ay ərzində Azərbaycan 14,3 milyard dollarlıq mal ixrac edib

İqtisadiyyat Materials 30 Oktyabr 2018 19:12 (UTC +04:00)
Azexport.az portalına 2018-ci ilin yanvar-sentyabr aylarında 410 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub
9 ay ərzində Azərbaycan 14,3 milyard dollarlıq mal ixrac edib

Bakı. Trend:

Azexport.az portalına 2018-ci ilin yanvar-sentyabr aylarında 410 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinindən Trend-ə verilən məlumata görə, “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayında göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 14,3 milyard ABŞ dolları təşkil edib.

Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon ABŞ dolları olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon ABŞ dolları və ya 13 faiz artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 402,2 milyon, Türkiyəyə 275,6 milyon, İsveçrəyə 105,2 milyon Gürcüstana 97,4 milyon və Qazaxıstana 34,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti