...

Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşəcək

İqtisadiyyat Materials 1 Noyabr 2018 14:17 (UTC +04:00)
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 16 noyabr 2018-ci il tarixdə Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşəcək

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 16 noyabr 2018-ci il tarixdə Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Trend-in məlumatına görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Adıçəkilən rayonların sakinləri ad, soyad, ata adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya “142-Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 14-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti