...

Bu qəsəbələrdə elektrik enerjisinin verilişində fasilələr olacaq

İqtisadiyyat Materials 8 Noyabr 2018 10:52 (UTC +04:00)
Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu qəsəbələrdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Bakı. Trend:

Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti