...

Goldenpay "Avtomatik ödənişlər" funksiyasını işə salır

İqtisadiyyat Materials 14 Noyabr 2018 14:54 (UTC +04:00)
Azərbaycanda online ödəmələr sahəsində lider olan Goldenpay gün keçdikcə öz yenilikləri ilə istifadəçilərinin günlük həyatdakı işlərini, qayğılarını azaltmağa və onlara yaşam rahatlığı təmin etməyə davam edir.
Goldenpay "Avtomatik ödənişlər" funksiyasını işə salır

Bakı. Trend:

Azərbaycanda online ödəmələr sahəsində lider olan Goldenpay gün keçdikcə öz yenilikləri ilə istifadəçilərinin günlük həyatdakı işlərini, qayğılarını azaltmağa və onlara yaşam rahatlığı təmin etməyə davam edir. Yenilənmiş Hesab.az istifadəyə verildiyi gündən etibarən yeni funksiyalarının rahatlığı və funksionallığı ilə rəğbət qazanıb.

Ən əlverişli funksiyalarından biri də “Avtomatik ödənişlər”dir. Belə ki, artıq sizin heç bir ödənişinizin vaxtını yadda saxlamağınıza ehtiyac olmayacaq. Anidən internet, tv, mobil, kommunal və s. borcunuz ucbatından çıxılmaz vəziyyətdə qalmayacaqsınız.

Avtomatik ödənişlərə daha bir ödəniş seçimi olan qrafik üzrə ödəniş əlavə olunub və bu sizə olduqca yararlı olacaq. Belə ki, siz istədiyiniz tarix aralığını və məbləğini seçərək ödənişinizi rahat şəkildə tənzimləyə biləcəksiniz. Eyni zamanda bir dəfə yaxud təkrarlanan növü seçərək ödəmə sıxlığını təyin edə bilərsiniz. Bu funksiyalar ilə vaxtınıza qənaət etməklə yanaşı, həmçinin daha rahat şəkildə heç yerə getmədən ödəniş edə biləcəksiniz.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti