...

DİQQƏT! Nazirlikdə iki direktor yerinə müsahibə elan edilib

İqtisadiyyat Materials 21 Noyabr 2018 12:52 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi iki elmi-tədqiqat institutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.
DİQQƏT! Nazirlikdə iki direktor yerinə müsahibə elan edilib

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi iki elmi-tədqiqat institutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirlik Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.

Müsahibələrin şərtləri nazirliyin rəsmi saytının "Elanlar" bölümünə yerləşdirilib. İddiaçılar “Elanlar” bölümünə daxil olaraq müsahibənin şərtləri ilə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti