...

“Dreamland” IV Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak etdi (FOTO)

İqtisadiyyat Materials 26 Noyabr 2018 13:03 (UTC +04:00)
"Dreamland" layihəsinin maraqla gözlənilən villaları və mənzilləri 22-24 noyabr tarixlərində "Baku Expo Centre'"də 4-cü dəfə təşkil edilmiş Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində sərfəli şərtlər və qiymətlərlə alıcılar və kirayəçilərə təqdim edilib.
“Dreamland” IV Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak etdi (FOTO)

Bakı. Trend:

"Dreamland" layihəsinin maraqla gözlənilən villaları və mənzilləri 22-24 noyabr tarixlərində "Baku Expo Centre'"də 4-cü dəfə təşkil edilmiş Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində sərfəli şərtlər və qiymətlərlə alıcılar və kirayəçilərə təqdim edilib.

330 hektar əraziyə malik "Dreamland" 26 blokdan ibarət 394 ədəd müasir mənzil və fərqli zövqlərə uyğun 7 üslubda 234 ədəd villanı özündə cəmləşdirir.

11 ədəd gölün yaradıldığı 65 hektarlıq sahədə IMG tərəfindən işlədilən Golf Klubu və Golf Akademiyası da mövcuddur. Bu müasir yaşayış kompleksinin nəzdində 4-cü akademik ilə girən "SABIS Sun International School"da hər il artan şagirdləri və müasir məktəb müəssisələri ilə yeni nəsili parlaq bir gələcəyə doğru daşımağa davam edir.

Təbiətin füsunkar gözəlliyi ilə müasir şəhər zövqünü əhatə etməklə qlobal investorların diqqət mərkəzində olan "Dreamland Golf Villas and Residences" yaşayış kompleksi yolunuzu gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti