...

Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək – VAXTI açıqlandı

İqtisadiyyat Materials 15 Dekabr 2018 10:30 (UTC +04:00)
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək.
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək – VAXTI açıqlandı

Aşqabad. Hüseyn Həsənov - Trend:

Türkmənistan 2019-cu ildə məhz Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü – avqustun 12-də Avaza sahil kurortunda ilk Xəzər iqtisadi forumunu keçirməyi planlaşdırır.

Bu barədə Trend Türkmənistan hökumətinə istinadən məlumat verir.

Forumun keçirilməsi haqqında qərar Türkmənistanın təşəbbüsü ilə bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində V Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qəbul edilib.

Xəzər forumunun keçirilməsinə hazırlıq məsələsi ötən gün Türkmənistan Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti