Bakı. Elnur Bağışov - Trend:
İran Astarasının dəmiryolu vasitəsi ilə 1373 vaqonla 89 362 ton məhsul dəmir yolu vasitəsi ilə ixrac edilib.
Trend-in məlumatına görə, bunu İranın Gilan vilayəti Astara rayonu Gömrük İdarəsinin baş direktoru Rəsul Ümidi deyib.
Onun sözlərinə görə, cari ilin əvvəlindən 9-cu ayın sonunadək 1756 vaqonla 114 901 ton yük Astara dəmir yolu terminalına daxil olub.
Ümidi əlavə edib ki, Azərbaycan, Rusiya və Gürcüstana ixrac edilən məhsullar məişət əşyaları, keramika, sement, meyvə, daş və klinker olub və bu ölkələrdən taxıl məhsulları idxal edilib.
Gömrük direktoru deyib ki, ticarət, ixracat, idxalat və nəqliyyat sahələrində fəaliyyət göstərən qurumların terminalda fəaliyyət göstərməsi ilə Astara-Astara dəmir yolu daha da aktivləşəcək.
İran və Azərbaycan arasında Astara-Astara dəmiryolu bu il istifadəyə verilib.