...

Hesab.az-ın "Bakcell" ilə birgə kampaniyası

İqtisadiyyat Materials 16 Yanvar 2019 14:53 (UTC +04:00)
Online ödəniş sahəsində müasir dövr ilə həmişə uyğunlaşan "Goldenpay" şirkəti gün keçmir ki, istifadəçilərinə daha bir yeniliyini təqdim edir.
Hesab.az-ın "Bakcell" ilə birgə kampaniyası

Bakı. Trend:

Online ödəniş sahəsində müasir dövr ilə həmişə uyğunlaşan "Goldenpay" şirkəti gün keçmir ki, istifadəçilərinə daha bir yeniliyini təqdim edir.

Azərbaycanda online ödəmələr sahəsində lider olan Goldenpay şirkətinin onlayn xidmətlər platforması olan Hesab.az saytı ilə Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin birgə təqdim etdikləri yeniliyə əsasən artıq siz balansınıza rahat şəkildə nəzarət edə biləcəksiniz.

Belə ki, Hesab.az vasitəsiylə balansınız siz təyin etdiyiniz tarix aralığında qeyd etdiyiniz məbləğə qədər azalan zaman öncədən təyin etdiyiniz məbləğ qədər balansınız yenidən avtomatik şəkildə artırılacaq.

Beləliklə də siz internetinizin, ödəniş etmək üçün əlverişli şəraitinizin olmadığı zamanlarda, təcili əlaqə saxlamağa ehtiyac duyduğunuz anlarda Hesab.az sayəsində əlavə qayğılardan uzaq olacaqsınız.

Eyni zamanda qeyd edək ki, Hesab.az- da avtomatik ödənişlərə daxil olaraq ”Bakcell -Top-up” - avtomatik ödəniş növünü ilk dəfə aktiv edən bütün istifadəçilərə "Bakcell" tərəfindən 300 MB pulsuz veriləcək. Siz də Hesab.az-ın sizlərə təmin etdiyi özəlliklərdən yararlanaraq həyatınızı rahatlaşdırın.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti "GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında "GoldenPay" şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti