...

“Regional İnkişaf” İctimai Birliyi Lənkəranda iaşə obyektlərinin inzibatçıları üçün təlim keçirib (FOTO)

İqtisadiyyat Materials 4 Fevral 2019 11:31 (UTC +04:00)

Bakı. Trend:

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Regionlarda ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi” layihəsi çərçivəsində növbəti təlim Lənkəran şəhərində keçirilib.

Trend-in məlumatına görə, təlim məşğələlərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının 20-dən çox restoran inzibatçısı iştirak edib.

İki gün davam edən təlimin məqsədi regionlarda mövcud ictimai iaşə obyektlərində xidmətin səviyyəsini yüksəltmək, bu obyektlərdə xidmət personalının bilik və təcrübələrini artırmaq, iaşə obyektlərində çalışanlara beynəlxalq təcrübəyə uyğun infrastruktur və sanitar-gigiyenik tələblərə dair metodiki kömək göstərmək, regionlarda turizmin inkişafına dəstək verməkdir.

Beynəlxalq sertifikatlı təlimçi Emin Novruzovun apardığı təlimdə iştirakçılara ictimai iaşə obyektlərində xidmətin təşkili, xidmət standartları və etiketləri, müştərilərlə davranış qaydaları, masa düzülüşü, gigiyena və sanitariya qaydaları, geyim tərzi, xarici görünüşə olan tələblər və digər mövzularda məlumatlar verilib, onlara qazandıqları bilikləri əyani nümayiş etdirmək imkanı yaradılıb.

Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, layihə Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib olub. Bu çərçivədə təlimlər indiyədək Şəki və Qubada təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti