...

“İnvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 11 Mart 2019 10:30 (UTC +04:00)
İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“İnvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR

Avropa Mərkəzi Bankının faiz artımı siyasətini ertələməsi qərarından və iqtisadi proqnozlarını aşağı salmasından sonra avronun qiyməti 1.12$-a kimi ucuzlaşdı. Təhlillərə əsasən, dünya birjalarında 1.12$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi, 1.1175$-ı aşağı istiqamətdə qırarsa, 1.1119$-a kimi ucuzlaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00-da Avrozonanın inflyasiya ilə bağlı açıqlanacaq önəmli göstəriciləri də investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də ucuzlaşaraq 1.30$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.29$-a kimi də ucuzlaşa bilər.

Bununla yanaşı, İngiltərə parlamentində çərşənbə axşamı Breksit sazişi, çərşənbə günü sazişsiz Breksit və cümə axşamı Breksit vaxtının dəyişdirilməsi səsverməsinin keçirilməsi nəzərdə tutulur və nəticələr maliyyə bazarlarında böyük dalğalanmalara səbəb ola bilər.

TRY

Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.49TL-yə kimi bahalaşdıqdan sonra 5.44TL-yə kimi korreksiya edib və 5.46TL-nin üzərində möhkəmlənərsə, 5.49 və 5.54TL-yə kimi bahalaşa bilər.

Çərşənbə günü saat 15:00-da yayımlanacaq Türkiyə mərkəzi bankının toplantı protokolu da böyük maraqla gözlənilməkdədir.

OIL

Avropanın Brent markalı neftinin qiyməti bahalaşaraq, 66$-a ticarət edilməkdədir və 66.32$-ın üzərində möhkəmlənərsə, 67.69$-a kimi də dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızıl qiymətləri yenidən bahalaşmağa başlayıb. Belə ki, keçən həftənin maksimum səviyyələri ətrafında ticarət edilən qızılın bir unsiya üzrə qiyməti, 1297$-ın (41.7 $/qram) üzərində möhkəmlənərsə, 1312$-a (42.2 $/qram) kimi də dəyər qazana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti