...

Bakı Ali Neft Məktəbi "Rapid Solutions "şirkətilə anlaşma memorandumu imzaladı

İqtisadiyyat Materials 2 Aprel 2019 11:17 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) partnyorları siyahısına daha bir transmilli şirkət daxil oldu.

Belə ki, BANM elektrik, hidravlik və mexaniki qurğuların, telekommunikasiya xidmətlərinin və bu istiqamətdə texniki təlimlərin qlobal təchizatçısı olan "Rapid Solutions" şirkəti ilə anlaşma memorandumu imzalayıb.

Memorandumun imzalanmasında əsas məqsəd Ali Məktəbin müxtəlif ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və biliklərin yiyələnməsi üzrə birgə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsidir.

Müqavilənin şərtlərinə əsasən şirkət özünün marağında olan ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığında Ali Məktəblə əməkdaşlıq edəcək, müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, eləcə də birgə elmi forum və konfransların təşkili işlərində köməklik göstərəcək.

Tərəflər arasında həmçinin birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi haqqında razılığa gəlinib.

Qeyd edək ki, Ali Məktəbin əməkdaşlıq etdiyi nəhəng transmilli şirkətlər arasında SOCAR, BP, Halliburton, Maire Tecnimont, ABB, Schlumberger, Schneider Electric, Emerson və s. kimi şirkətlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti