Bakı. Trend:
Bu yaxınlarda Azərbaycanın sərinləşdirici içki bazarına yeni “Fanta Vitamin C” adlı məhsul təqdim edilib.
Trend-in məlumatına görə, yeni satışa çıxan “Fanta Vitamin C” məhsuluna adından da göründüyü kimi, vitamin C əlavə edilib. Dünya istehlakçılarının ən sevilən içkilərindən olan möhtəşəm sitrus dadlı “Fanta” məhsulunun yeni növünün qiymətində heç bir dəyişiklik yoxdur. Yeni “Fanta Vitamin C” məhsulu hazırda Braziliya, Yaponiya və Rusiya kimi ölkələrdə satışdadır.
“Fanta” ticarət nişanının məxsus olduğu "Coca-Cola" şirkətinin məlumatına əsasən, yeni təqdim olunmasına baxmayaraq, “Fanta Vitamin C” məhsulunun satışlarının artması alıcılar tərəfindən sevildiyinin göstəricisidir. Həmçinin bildirilir ki, 250 ml “Fanta Vitamin C” insanın bir günlük C vitamininə ehtiyacının yarısını təmin etmiş olur.
1940-cı ildə Almaniyada kəşf olunan "Fanta" “Coca-Cola” şirkətinin dəyəri 1 milyard dolları keçən 21 brendindən biridir. “Coca-Cola” şirkətinin məhsul portfelinə daxil olan 500-dən çox brendin içərisində "Fanta" həm böyüklər, həm də gənc istehlakçılar tərəfindən çox sevilənlərdəndir. "Fanta" içkisi ənənəvi olaraq dünyanın hər yerində, eyni zamanda Azərbaycanda da ən çox satılan sərinləşdirici içkilərdəndir. Daha dəqiq desək, “Fanta” “Coca-Cola”dan sonra dünyada və Azərbaycanda ikinci ən çox satılan sərinləşdirici alkoqolsuz içkidir.
Bu narıncı içkinin adının yaranması ilə bağlı bir neçə fərziyyə var. Fərziyyələrdən biri “Fanta” adının “fantaziya” sözündən, digəri isə bu qazlı içkinin fantastik parlaq rəngə və təravətləndirici dada malik olduğu üçün “fantastik” sözündən yaranmış olmasıdır. Bütün dillərdə rahat tələffüz olunmasına görə içki “Fanta” adlandırılmışdır. Dünyada 90 növü mövcud olan içkinin Azərbaycanda 4 növü təqdim olunur: “Fanta Portağal”, “Fanta Alma”, “Fanta Armud” və “Fanta Sitrus”.
Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan “Coca-Cola” şirkəti alıcılarına 500 brenddən çox qazlı və qazsız içki təqdim edir. Ən bahalı və tanınmış “Coca-Cola” brendi ilə yanaşı, şirkətin portfelinə 21 brend daxildir. Onların hər birinin dəyəri 1 milyard dollardan çox təşkil edir, belə ki, 19 növü az kalorili və ya ümumiyyətlə kalorisizdir. Sözügedən içkilərə “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “Vitaminwater”, “Powerade”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZETEA”, “Del Valle”, “Innocent” və “Smartwater” daxildir.