...

KOB-lar üçün onlayn təlim sistemi yaradılır (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2019 17:43 (UTC +04:00)
Kiçik və orta sahibkarların təlim ehtiyaclarının ödənilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) prioritetlərindəndir.
KOB-lar üçün onlayn təlim sistemi yaradılır (FOTO)

Bakı. Trend:

Kiçik və orta sahibkarların təlim ehtiyaclarının ödənilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) prioritetlərindəndir.

Agentlikdən Trend-ə verilən məlumata görə, təcrübə göstərir ki, KOB-ların buna daha çox tələbatı var.

Hazırda Agentlik tərəfindən müasir dövrün tələblərinə uyğun təlim sisteminin yaradılması istiqamətində işlər aparılır və yaxın zamanlarda onlayn platformada reallaşacaq bu sistem sahibkarların istifadəsinə veriləcək. Bu sistem vasitəsilə həyata keçiriləcək təlimlər biznes subyektlərinin fəaliyyətlərinin daha səmərəli təşkilində əhəmiyyətli olacaqdır.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov aprelin 11-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə öz işinə başlamış “Fərdi aqrar təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlimdə məlumat verib.

Tədbirdə KOBİA tərəfindən kiçik və orta biznes subyektlərinin təlim-tədris ehtiyacları nəzərə alınmaqla həyata keçirilən tədbirlər, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə təşkil olunan on-line təlimlər barədə də məlumat verilib. Vurğulanıb ki, bu təlimlər biznes mühitində baş verən dəyişikliklər barədə sahibkarları məlumatlandırmaqla yanaşı, dövlət-sahibkar dialoqunun inkişafına da öz töhvəsini verməkdədir.

İqlim dəyişikliyinin xüsusilə aqrar sahədə aktual məsələlərdən olduğunu qeyd edən Agentlik sədri müvafiq təlimin aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası üçün faydalı biliklər əldə edilməsi baxımdan önəmini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti