...

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb (FOTO)

İqtisadiyyat Materials 8 May 2019 10:22 (UTC +04:00)
Gürcüstandan Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alınıb
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Travego 17 shd" markalı sərnişin-avtobusu saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin salonunda arxada olan soyuducunun içərisindəki su qablarının alt hissəsində, yük yerində və sürücü üçün nəzərdə tutulan yataq yerinin yuxarı hissəsindən üzərində "Viagra 100 mg" yazısı olan 265 ədəd həb, üzərində "Cialis 20 mg" yazısı olan 140 ədəd həb, üzərində "Nitro 50 ml" yazısı olan 6 flakon və üzərində "Genotropin 12mg/ml" yazısı olan 4 ədəd dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti