...

Dünya Bankı: Azərbaycan Cənubi Qafqazda müsbət demoqrafiyası olan yeganə ölkədir

İqtisadiyyat Materials 10 May 2019 14:09 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazda həm ümumilikdə, həm də regionlar üzrə əhali artımının müşahidə olunduğu yeganə ölkədir
Dünya Bankı: Azərbaycan Cənubi Qafqazda müsbət demoqrafiyası olan yeganə ölkədir

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Cənubi Qafqazda həm ümumilikdə, həm də regionlar üzrə əhali artımının müşahidə olunduğu yeganə ölkədir.

Trend bu barədə Dünya Bankının “South Caucasus in Motion” hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, 2010-2015-ci illərdə orta artım tempi 1,3 faiz təşkil edib.

Əhalinin 53,1 faizi şəhərlərdə yaşayır.

Qeyd olunur ki, 2000-2015-ci illərdə Azərbaycanda ümumi daxili məhsul orta hesabla ildə 11 faiz artıb:

“Bu əhəmiyyətli artıma yüksək sosial transfertlər sayəsində yoxsulluğun azaldılması və real əməkhaqqının kəskin artımı səbəb olub. Ölkədə adambaşına düşən real ümümi daxili məhsulun orta illik artımı Abşeron iqtisadi rayonunda 3 faiz, Naxçıvan Muxtar Respulikasında 10 faiz arasında dəyişir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti