...

Azərbaycanda avtomobil istehsalı artıb

İqtisadiyyat Materials 28 İyun 2019 09:20 (UTC +04:00)
2019-cu ilin yanvar-may aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 milyon manatlıq məhsul istehsal edilib.
Azərbaycanda avtomobil istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9 faiz, maşın və avadanlıqların istehsalı 15,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz azalıb.

Dövr ərzində 631 ədəd traktor, 926 ədəd minik avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti