...

“AzerGold” QSC AzTU-nun müəllim və tələbə heyəti üçün Çovdar yatağına tanıtım səfəri təşkil edib (FOTO)

İqtisadiyyat Materials 18 İyul 2019 14:10 (UTC +04:00)
İyulun 17-də “AzerGold” QSC Azərbaycan Texniki Universitetinin müəllim və tələbə heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib.
“AzerGold” QSC AzTU-nun müəllim və tələbə heyəti üçün Çovdar yatağına tanıtım səfəri təşkil edib (FOTO)

Bakı. Trend:

İyulun 17-də “AzerGold” QSC Azərbaycan Texniki Universitetinin müəllim və tələbə heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib.

QSC-dən Trend-ə verilən məlumata görə, müəllim və tələbələri Çovdar filiz emalı sahəsinin fəaliyyəti haqqında məlumatlandırmaq mədsədi daşıyan səfər filiz emalı sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra qonaqlara qiymətli metalların hasilatı və emalı prosesi, filiz emalı sahəsində çalışan insanlar üçün yaradılan şərait, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “AzerGold” QSC Azərbaycan təhsil ocaqları ilə geniş və çoxşaxəli əməkdaşlıq qurub. Bu əməkdaşlıq çərçivəsində 28 iyun tarixində “AzerGold” QSC-nin inzibati binasında “Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsinin yekunlarına həsr olunan tədbir baş tutub. Cəmiyyət tərəfindən elan olunan sayca üçüncü yazı müsabiqəsinə təqdim edilən yazılar bədii və ədəbi keyfiyyəti, informasiya dolğunluğu və digər meyarlar əsasında qiymətləndirilib. 14 tələbənin iştirak etdiyi yazı müsabiqəsində birinci yeri Abdurəhmanova Şəfiqə (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), 2-ci yeri Asiya Salahlı (ADA Universiteti), üçüncü yeri Elsevər Səfərov (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tutublar. Qaliblər müvafiq sertifikatlar və pul mükafatları ilə təltif olunublar.

Yazı müsabiqəsi Cəmiyyətin mərkəzi ofisində və Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsi keçən tələbələr arasında keçirilib. Yaz təcrübə proqramı çərçivəsində ADNSU, “ADA” Universiteti, AzMİU və AzTU-nu təmsil edən 24 tələbə dağ-mədən mühəndisliyi, geoloji kəşfiyyat, iqtisadiyyat, ictimaiyyətlə əlaqələr, mühəndis sistemləri və qurğularının tikintisi, insan resurslarının və biznesin idarəolunması sahələrində təcrübə keçərək praktik biliklər əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti