...

Bu rayonlarda qaz kəsildi - Xətlər zədələnib (FOTO)

İqtisadiyyat Materials 29 İyul 2019 10:52 (UTC +04:00)
Qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb.
Bu rayonlarda qaz kəsildi - Xətlər zədələnib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

İyulun 28-də qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb.

Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar.

Buna görə də 1300 abunəçinin qaz təminatı dayandırılıb.

Lənkəran rayonunda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abunəçi qazsız qalıb.

“Azəriqaz” hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti