...

Bu ərazilərdə qaz təchizatı dayandırılıb

İqtisadiyyat Materials 19 Avqust 2019 11:18 (UTC +04:00)
Sumqayıt şəhərinin bir neçə məhəllə və mikrorayonunda qaz təchizatı dayandırılıb.
Bu ərazilərdə qaz təchizatı dayandırılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 19-da saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərinin bir neçə məhəllə və mikrorayonunda, eləcə də Corat, Novxanı, Saray, Ceyranbatan və “Metallurq bağları” yaşayış sahələrində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə bildirilib ki, bu müddət ərzində “Şəhər-4” orta təzyiqli qaz kəmərindən ayrılan qollarda siyirtmələrin əvəzlənməsi işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti