...

Bu gün Qubada qaz olmayacaq

İqtisadiyyat Materials 30 Sentyabr 2019 09:49 (UTC +04:00)
Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.
Bu gün Qubada qaz olmayacaq

Bakı. Samir Əli - Trend:

Sentyabrın 30-da səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

Bu barədə Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Alekseyevka kəndində isə qaz xətlərində aşkar olunmuş qaz sızmaları ləğv olunacaq. Bundan başqa, Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında və rayonun 2-ci Nügədi kəndində abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdiriləcək. Ona görə də rayonun mərkəzi və bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti