...

IFC Azərbaycanda yeni aqromaliyyələşdirmə platforması təqdim edəcək

İqtisadiyyat Materials 10 Oktyabr 2019 07:45 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə yeni platforma təqdim edəcək
IFC Azərbaycanda yeni aqromaliyyələşdirmə platforması təqdim edəcək

Bakı. Eldar Canaşvili - Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə yeni platforma təqdim edəcək.

Trend-in məlumatına görə, bunu IFC-nin baş mütəxəssisi Leyla Hüseynli deyib.

O bildirib ki, CLARA (Pul kütləsi əsasında aqro-müştərilərin kreditqabiliyyətliliyinin təhlili aləti) platforması 40 məhsulu əhatə edir. Bu məhsullardan hər biri Azərbaycan reallıqlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə müəyyən mexanizm təklif edir.

CLARA kənd təsərrüfatında istehsalat risklərinin sürətli və səmərəli qiymətləndirilməsi üçün nəzərdə tutulmuş internet xidmətidir. Xidmət fermer təsərrüfatları üçün texnologiya kartları əsasında proqnoz hesablaşmaları həyata keçirməyə kömək edir. Müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üzrə zəruri məlumatlar və təlimatlar ehtiva edən texnologiya kartları xidmətin məlumat bazasında saxlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti