...

Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

İqtisadiyyat Materials 12 Noyabr 2019 11:18 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbi (BANM) Elektron Ticarət Məsləhətçiləri Beynəlxalq Şurasının (The International Council of Electronic Commerce Consultants - EC-Council) rəsmi olaraq Akademiya Partnyoru seçilib.

“EC-Council” kibertəhlükəsizlik üzrə dünyanın ən böyük texniki sertifikatlaşdırma orqanıdır. Eyni zamanda, elektron ticarət və informasiya təhlükəsizliyi bacarıqlarına sahib olan şəxslərə dəstək verən peşəkar təşkilatdır. Qlobal miqyasda 145 ölkədə fəaliyyət göstərir və dünyaca məşhur Sertifikatlı Etik Haker, Sertifikatlı Təhlükəsizlik Təhlilçisi, Lisenziyaya Nəzarət Testi proqramlarına malikdir. Şura nüfuzlu təşkilatların kiber təhlükəsizlik təfəkkürünə təsir göstərən 200.000-dən çox informasiya təhlükəsizliyi üzrə mütəxəssis hazırlayıb.

Eyni zamanda, sözügedən qurum elektron ticarət və informasiya təhlükəsizliyi sahəsində bacarıqlara sahib olan mütəxəssisləri ətrafında cəmləyib.

“EC-Şura” sının Akademiya Portnyoru olmaq BANM-ə aşağıdakı üstünlüklərdən yararlanmaq imkanı verir.

* Rəsmi “EC-Council “ Akademiya Partnyoru sertifikatı

* Ən müasir öyrənmə mənbələri

* Eksklüziv tədbirlərdə iştirak

* Güclü “EC-Council” Akademiyasının tədris proqramına giriş

* Müəllimlər üçün güzəştlər və təqaüdlər

* Kiber rəqabət güzəştləri və təqaüdlər

* Tələbə endirimləri və imtahan hüququ

* “EC-Council” Test Mərkəzi resurslarından istifadə

Peşəkar sertifikatlaşdırma orqanı kimi tanınan “EC-Council”un mərkəzi ofisi Nyu-Meksiko şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti