...

Bu ilin oktyabr ayında fiziki şəxslərin əmanətləri 8,697.6 mln. manat təşkil edib

İqtisadiyyat Materials 26 Noyabr 2019 14:15 (UTC +04:00)
2019-cu ilin oktyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
Bu ilin oktyabr ayında fiziki şəxslərin əmanətləri 8,697.6 mln. manat təşkil edib

Bakı. Trend:

31 oktyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31,368.2 mln. manat, cəmi öhdəlikləri isə 26,634.2 mln. manat təşkil edib.

Bu barədə Trend Maliyyə Bazarına Nəzarət Palatasına istinadən məlumat verir.

Sektorun balans kapitalı 4,734.0 mln. manat olub.

Aktivlər

Oktyabr ayına sektorun aktivlərinin 44.9%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1.5% (202.8 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 14,075.0 mln. manat təşkil edib.

Öhdəliklər

2019-cu ilin oktyabr ayında fiziki şəxslərin əmanətləri 8,697.6 mln. manat təşkil edib. Oktyabr ayında fiziki şəxslərin əmanət portfeli 2.4% (206.3 mln. manat) artmışdır. Artım əsasən tələbli depozitlər hesabına baş vermişdir. Belə ki, ay ərzində tələbli depozitlər 5.5% (165.1 mln. manat) artmışdır.

Hüquqi şəxslərin cəmi depozitləri oktyabr ayında 2.0% (234.7 mln. manat) azalaraq 11,336.7 mln. manat təşkil edib. Ay ərzində hüquqi şəxslərin müddətli depozitləri 5.6% (152.0 mln. manat) azalaraq 2,548.6 mln. manat olub. Qeyd edək ki, hüquqi şəxslərin cəmi depozitləri ilin əvvəli ilə müqayisədə 9.9% (1025.2 mln. manat) artmışdır.

Balans kapitalı

Sektorun balans kapitalı oktyabr ayı ərzində 1.0% (45.5 mln. manat) artaraq 4,734.0 mln. manat təşkil etmişdir.

Mənfəət və zərər

Oktyabr ayında bankların əməliyyat mənfəəti 723.6 mln. manat, xalis mənfəəti isə 572.9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.2%, kreditlər üzrə faiz gəlirləri isə 14.3% artmışdır.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 130, ATM-lərin sayı 2,612 olub. Bank sektorunun işçi heyətinin sayında artım oktyabr ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayında işçi sayı 1.0% (197 nəfər) artaraq 19,108 nəfər təşkil edib.

31 oktyabr 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti