...

Bakının bu qəsəbəsində suyun verilməsi məhdudlaşdırılacaq

İqtisadiyyat Materials 19 Dekabr 2019 09:50 (UTC +04:00)
Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir.
Bakının bu qəsəbəsində suyun verilməsi məhdudlaşdırılacaq

Bakı. Trend:

Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar 19 dekabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti