...

Bakı Nəqliyyat Agentliyi 2019-cu ildə görülən işlərin hesabatını verib

İqtisadiyyat Materials 20 Dekabr 2019 11:09 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Nəqliyyat Agentliyi 2019-cu il ərzində "Vətəndaş məmnuniyyəti"nin təmin edilməsi istiqamətində görülən işlərin hesabatını yayımlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, hesabatda qeyd edilir ki, cari ildə vətəndaşlar tərəfindən quruma 9 min 84 müraciət daxil olub, onlardan 6 min 936-sı cavablandırılıb.

İl ərzində 50 min 940 zəng qəbul edilib, 318 məlumat ictimaiyyətə yayımlanıb.

Həmçinin sosial şəbəkə üzərindən 7 min 25 müraciətə cavab verilib, 195 vətəndaş qəbul edilərək müraciətləri cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti