...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 11 Fevral 2020 12:38 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 59,18 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 59,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 51,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 53,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti