...

Ulduz Şokolad Fabriki “Prodekspo 2020” beynəlxalq ərzaq sərgisində ölkəmizi təmsil edib (FOTO)

İqtisadiyyat Materials 14 Fevral 2020 16:00 (UTC +04:00)
Sərgidə 70 ölkədən 2600-dən çox istehsalçının məhsulları təqdim olunub.
Ulduz Şokolad Fabriki “Prodekspo 2020” beynəlxalq ərzaq sərgisində ölkəmizi təmsil edib (FOTO)

Bakı. Trend:

20 ilə yaxındır ki, öz istehlakçılarına müxtəlif satış nöqtələrindən xidmət göstərən Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz Şokolad Fabriki” Moskva şəhərində keçirilən dünyanın ən böyük sərgilərindən biri olan “Prodekspo – 2020” beynəlxalq ərzaq sərgisində iştirak edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sərgidə 70 ölkədən 2600-dən çox istehsalçının məhsulları təqdim olunub.

Damağınıza dad qatan milli brendimiz özünün bol südlü, xalis şokoladlı “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, “Favo” musli batonu, müxtəlif karamel çeşidləri, yeni “Azerbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutu məhsulları ilə sərgi ziyarətçilərinin ixtiyarında olub. İlk dəfə bu sərgidə fabrikin yeni məhsulu – tərkibində düyü partlağı olan “Reina” kokoslu və yerfındıqlı şokolad konfetləri də sərgilənib.

Fevral ayının 10-dan 14-nədək keçirilən beynəlxalq sərgidə Ulduzun stendi iştirakçıların böyük marağına səbəb olub və ziyarətçilərin əksəriyyəti beynəlxalq standartlara cavab verən məhsullar haqqında geniş məlumat əldə ediblər.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir. Məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti