...

Sevgililər günündə Hesab.az istifadəçiləri sevindirdi

İqtisadiyyat Materials 14 Fevral 2020 16:10 (UTC +04:00)
Sevgililər günündə də Hesab.az istifadəçilərini hədiyyələrlə sevindirdi.
Sevgililər günündə Hesab.az istifadəçiləri sevindirdi

Bakı. Trend:

Sevgililər günündə də Hesab.az istifadəçilərini hədiyyələrlə sevindirdi.

Trend-in məlumatına görə, sevgililər gününə özəl olaraq, keçirilən kampaniya İstifadəçilər tərəfindən böyük maraqla qarşılandı və 2 saat müddətində kampaniya uğurla başa çatdı.

130-dan çox hədiyyə təqdim edilən kampaniyada müxtəlif sayda enerji bankı, yaddaş kartı, qulaqlıq, USB kabel, puzzle, kitab, avtomobil üçün tozsoran, notbuk üçün çanta, kosmetik vasitələr və konsert bileti kimi müxtəlif hədiyyələr yer almışdı. Hesab.az hər zaman istifadəçilərinin razılığını və məmnuniyyətini birinci yerdə tutaraq, müxtəlif kampaniyalar planlayır və bu kampaniyaları E-mail, sosial media və veb səhifəsi ilə elan edir. Adi bir ödəniş platforması olmaq əvəzinə, ödəniş edərək həm zaman, həm də hədiyyə qazanma fürsəti vermək istəyən Hesab.az, bunu təmin etməyə çalışır. Buna görə də növbəti aylarda da kampaniya və hərrac keçiriləcəkdir.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti