...

KOB İnkişaf Mərkəzində SMM-lə bağlı təlim keçirilib (FOTO)

İqtisadiyyat Materials 11 Mart 2020 18:24 (UTC +04:00)
Xaçmaz KOB İnkişaf Mərkəzində “Sosial media marketinq” (SMM) mövzusunda təlim keçirilib.
KOB İnkişaf Mərkəzində SMM-lə bağlı təlim keçirilib (FOTO)

Bakı. Trend:

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-ların rəqəmsal marketinqdən istifadə etməklə müştəri cəlb etməsi, məhsul və ya xidmətlərini daha geniş auditoriyaya təqdim etməsi üçün Xaçmaz KOB İnkişaf Mərkəzində “Sosial media marketinq” (SMM) mövzusunda təlim keçirilib.

Trend-in məlumatına görə, təlimdə iştirakçılar sosial şəbəkələr və onların effektiv idarə olunması, biznesin inkişafında SMM-dən istifadə barədə məlumatlandırılıb. Real nümunələr əsasında rəqəmsal marketinqin üstünlüklərinin nümayiş olunduğu təlimdə KOB subyektlərinə sosial şəbəkələrdə biznes fəaliyyəti üçün şəxsi hesablarının yaradılmasına dəstək göstərilib.

Xaçmaz KOB İnkişaf Mərkəzində həmçinin, “Sosial layihələr, dövlət proqramları ilə iş” mövzusunda təlim keçirilib. 2 gün davam edən təlimdə iştirakçılar layihələrin hazırlanması və idarə edilməsi, layihələr üçün maliyyə mənbələrinin araşdırılması, layihələrin hesabatlılığı barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti