...

Azərbaycan nefti kəskin ucuzlaşdı

İqtisadiyyat Materials 19 Mart 2020 10:57 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 22,99 dollar/barel olub
Azərbaycan nefti kəskin ucuzlaşdı

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 18-də 24,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,64 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 22,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,34 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 16,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 22,99 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,81 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti