...

BDU COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

İqtisadiyyat Materials 21 Mart 2020 16:42 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının virtual iclası keçirilib
BDU COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının virtual iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, Universitetdə tədrisin onlayn və oflayn rejimlərdə, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülmüş işlər və nəzərdə tutlmuş tədbirlər müzakirə olunub.

Elmi Şura Azərbaycan Respublikası Prezidentinin yeni növ virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımları dəstəkləmiş, ölkə başçısının müvafiq sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində vacib və əhəmiyyətli tədbirlər kimi qiymətləndirmişdir. Bu ümummilli məsələdə dövlətin qətiyyətli addımlarının, həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərinin Azərbaycan xalqının gələcəyinə, əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi vurğulanmış, hər bir insanı öz sosial məsuliyyətini dərk etməyə, hamını birlik olmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırmışlar.

Elmi Şuranın qərarına əsasən Bakı Dövlət Universitetinin hesabından COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti